AMEA Milli Azərbaycan Tarixi Muzeyində rus fotoqrafı Dmitri Yermakovun respublikamızın müxtəlif şəhərlərində çəkdiyi fotoşəkillərdən ibarət sərgisi açılıb. Sərgi Niderland Krallığının Azərbaycandakı səfirliyinin rəsmi açılışı münasibətilə təşkil olunmuşdur. Sərgidə Niderland hökumətinin maliyyə dəstəyi ilə fotoqrafın çəkdiyi 100-dən artıq foto nümayiş olunur. On gün davam edəcək sərgidə nümayiş olunan əsərlər muzeyə hədiyyə ediləcək.