PDF Oxu

Mədəniyyət

  • 13

"Ekoloji problemlərin həllində kitabxanaların rolu"

"Ekoloji problemlərin həllində kitabxanaların rolu"
Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2007 və 2008-ci illərdə Rusiya Federasiyasının tanınmış mütəxəssislərinin iştirakı ilə "Ekoloji problemlərin həllində kitabxanaların rolu" seminar-treninqlər keçirilmişdir. Hal-hazırda bu istiqamətdə silsilə tədbirlər davam edir. 2010-cu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə respublikada "Ekologiya ili" elan edilmişdir. Bu gün Xaçmaz rayon Mərkəzi Kitabxanasında tədbir keçirilmişdir. Tədbiri Xaçmaz rayon MKS-nin direktoru A.Əlifxanov giriş sözü ilə açaraq, ekologiyanın mühafizəsinin hər bir vətəndaşın borcu olduğunu qeyd etmiş və bu istiqamətdə kitabxanaların üzərinə mühüm vəzifələr düşdüyünü bildirmişdir. Tədbirdə .Xaçmaz rayon 5 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinin baş məsləhətçisi İ.Ağabayev "Ekoloji mühit və ekoloji problemlər" mövzusunda məruzə ilə çıxış etmişdir. Tədbirdə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun "Antarktida gündəliyi" kitabının təqdimatı da keçirilmişdir

Digər xəbərlər