PDF Oxu

Mədəniyyət

  • 26

Heydər Əliyev Sarayında Novruz şənlikləri təşkil ediləcək

Heydər Əliyev Sarayında Novruz şənlikləri təşkil ediləcək
Martın 22-dən 24-dək Heydər Əliyev Sarayında "Çiçəyim" uşaq teatrı, "Dəcəl qızlar", "Azəri inciləri" rəqs kollektivləri, Dövlət Pantomim Teatrının aktyorları və gənc müğənnilərin iştirakı ilə uşaqlar üçün Novruz şənlikləri təşkil ediləcəkdir.
Sarayın mətbuat xidmətindən bildirmişlər ki, balacalar bu şənliklərdə Novruzun, Bahar qızının, Şah və Vəzirin, Keçəlin, kosanın, cadugərlərin, cəngavərlərin nağıllar aləminə düşəcək, şən rəqslərə tamaşa edəcək və nəğmələr dinləyəcəklər.
Artıq şənliyin proqramına uyğun olaraq məşqlər gedir və burada müxtəlif yaradıcı kollektivləri təmsil edən 200-ə yaxın istedadlı gənc iştirak edir.

Digər xəbərlər