PDF Oxu

Mədəniyyət

  • 7

Murad Hüseynov Londonda konsert proqramı ilə çıxış edib

Murad Hüseynov Londonda konsert proqramı ilə çıxış edib
Həmyerlimiz əməkdar artist Murad Hüseynov Londonda konsert proqramı ilə çıxış edib. İlk dəfə olaraq, Azərbaycan musiqiçisi dünyanın ən nüfuzlu orkestrlərindən bir olan London Kral Filarmoniya Simfonik Orkestri ilə birgə çıxış edib. Piano ifaçısı M.Hüseynovun çıxışı "Buta" beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutub. Fevralın 25-də keçirilən konsertdə Murad Hüseynovu tanınmış skripkaçı Şlomo Mintz müşayiət edib. İki saatlıq konsertdə Motsart və Şubertin əsərləri ifa olunub. Avropalı tamaşaçılar konserti alqışla qarşılayıb. M.Hüseynov növbəti konsertlərə də hazırlaşır. Yaz aylarında o, paytaxt tamaşaçıları qarşısında çıxış edəcək. Həmçinin, Şərqi Avropa və Rusiyada da konsert proqramları nəzərdə tutulur.

Digər xəbərlər