Kuba və Meksikada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
Martın 2-dən 6-dək Havana şəhərində Azərbaycan Respublikası və Kuba Respublikası Hökumətlərarası Komissiyanın 3-cü iclası keçiriləcək. Martın 2-dən 6-dək Kuba Respublikasında, martın 7-dən 12-dək Meksikada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən, Kuba və Meksika Azərbaycanın müstəqillik dönəmində mədəniyyət günlərinin keçirildiyi ən uzaq ölkələrdəndir. Kubada və Meksikada təşkil olunacaq mədəniyyət günlərində iştirak edəcək nümayəndə heyətinə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rəhbərlik edəcəkdir.