PDF Oxu

Mədəniyyət

  • 21

Bəşir Səfəroğlunun 85 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcək

Bəşir Səfəroğlunun 85 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcək
Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xalq artisti Bəşir Səfəroğlunun anadan olmasının 85 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcək. Teatrın mətbuat xidmətindən bildirmişlər ki, martın 11-də keçiriləcək tədbirdən əvvəl teatr kollektivi Fəxri Xiyabana gələrək, sənətkarın xatirəsini yad edəcək, məzarına tər çiçək dəstələri düzəcəklər. Həmin gün axşam Bəşir Səfəroğlunun sənətdə davamçısı, xalq artisti Afaq Bəşirqızının iştirakı ilə "Bankir adaxlı" (E.Sabitoğlu, T.Vəliyeva) tamaşası göstəriləcəkdir. Bəşir Səfəroğluna həsr edilmiş tamaşadan əvvəl iştirakçılar teatrın foyesində yubilyarın həyat və fəaliyyətinə həsr olunmuş fotosərgiyə baxacaqlar. Xatırladaq ki, Bəşir Səfəroğlu Bakıda anadan olmuşdur. 27 illik aktyorluq fəaliyyəti dövründə sənətkar Üzeyir Hacıbəylinin və Zülfüqar Hacıbəylinin klassik operettalarında, əsasən də, çağdaş dramaturq və bəstəkarların musiqili komediyalarında müxtəlif xarakterli, satirik, yumoristik, məzhəkəli rollarda çıxış etmişdir. Bəşir Səfəroğlunun "Azərbaycanfilm"in istehsal etdiyi "Əhməd haradadır?" və "Ulduz" filmlərində Sərxoş və Gülümsərov, "Tacikfilm"in çəkdiyi "Xoca Nəsrəddinin 12 qəbri" kinolentində Xacə Nəsrəddin obrazlarını yaratmışdır. Sənət uğurlarına görə Bəşir Səfəroğluna 1964-cü ildə Azərbaycanın əməkdar artisti, 1968-ci ildə isə xalq artisti fəxri adları verilmişdir. Bəşir Səfəroğlu 1969-cu il martın 23-də, 44 yaşında vəfat etmişdir.

Digər xəbərlər