PDF Oxu

Mədəniyyət

  • 17

"40-cı qapı" beynəlxalq kino festivallarına dəvət alıb

"40-cı qapı" beynəlxalq kino festivallarına dəvət alıb
"40-cı qapı" bədii filmi bu il də beynəlxalq kino festivallarına dəvət alıb. ABŞ-ın Klivlənd və Tiburon film festivallarında, Xantı Mansiysk, Sinqapur, Honkonq, Tayvan, Fransa, İspaniya, Yaponiyada keçiriləcək festivallarda film artıq Beynəlxalq münsiflər heyəti tərəfindən müsabiqələrdə iştiraka seçilib. Filmin rejissoru Elçin Musaoğlu və baş rollardan birinin ifaçısı Rövşən Ağayev fevralın 26-dan martın 4-dək Xantı Mansiyskdə keçiriləcək VIII beynəlxalq "Dux Oqnya" festivalında iştirak edəcəklər. Baş rollara çəkilmiş Həsən Səfərov və Rövşən Ağayev artıq bir neçə festivalda qonaq kimi iştirak ediblər. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Ritm Production"studiyasında çəkilmiş "40-cı qapı" bədii filmi 2009-cu ildə dünyanın 19 nüfuzlu kino festivalında iştirak etmiş, müxtəlif nominasiyalarda 7 mükafat qazanıb. Qeyd edək ki, son 20 ildə Azərbaycanın kino sahəsində belə möhtəşəm hadisə olmamışdır. Amerika və Avropa ölkələrinin nəhəng kino şirkətlərinin istehsalı olan filmlərlə yarışa qatılmaq, mükafatlar qazanmaq və festival keçirilən xarici ölkələrdə bayrağımızı yüksəkliklərə qaldırmaq böyük uğurdur.

Digər xəbərlər