PDF Oxu

Mədəniyyət

  • 15

"Qala" filmi Kanadanın Toronto və Ottava şəhərlərində

"Qala" filmi Kanadanın Toronto və Ottava şəhərlərində
Keçən il 33-cü Monreal Dünya Film Festivalının mükafatçısı olmuş və kanadalı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmış Azərbaycan rejissoru Şamil Nəcəfzadənin "Qala" filmi Kanadanın Toronto və Ottava şəhərlərində nümayiş etdiriləcək. Premyera nümayişi ölkəmizin Kanadadakı səfirliyi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə martın 19-da və 30-da olacaq. Səfirlikdən bildirmişlər ki, Torontonun "Bloor Cinema" kinoteatrında martın 19-da təşkil olunacaq nümayişdən yığılacaq vəsait Azərbaycanın qaçqın və məcburi köçkünlərinə göndəriləcəkdir. Ottavada martın 30-da keçiriləcək filmin nümayişindən əldə olunacaq vəsait isə Haiti zəlzələsi qurbanlarına veriləcək.

Digər xəbərlər