PDF Oxu

Mədəniyyət

  • 21

"Paytaxtdan bölgələrə" adlı layihə çərçivəsində silsilə sərgilər keçiriləcək

"Paytaxtdan bölgələrə" adlı layihə çərçivəsində silsilə sərgilər keçiriləcək
Dövlət rəsm qalereyalarının fəaliyyətinin səmərəliliyinin artırılması, bölgələrdə mədəni mühitin rəngarəng tədbirlərlə zənginləşdirilməsi, əhalinin mədəni istirahətinin təşkili, Azərbaycan rəssamlarının yaradıcılığının təbliği, gənc nəslin rəssamlıq sənətinə olan marağının artırılması məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Saatlı, Kürdəmir və Xaçmaz rayonlarında "Paytaxtdan bölgələrə" adlı layihə çərçivəsində silsilə sərgilər keçiriləcək. Təşkil olunan sərgilərdə nümayiş etdiriləcək əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilib. Təsdiq olunmuş qrafik üzrə ilk sərginin açılışı 2010-cu il fevral ayının 23-də Salyan Dövlət Rəsm Qalereyasında keçiriləcək. Sərgi Salyanda cari il fevral ayının 28-dək davam edəcək.

Digər xəbərlər