PDF Oxu

Mədəniyyət

  • 13

"Çal oyna-2010" baxış-müsabiqəsi keçirilir

"Çal oyna-2010" baxış-müsabiqəsi keçirilir
Mədəniyyət və Turizm Nazirliyi xalqımızın milli dəyərlərini qoruyub saxlamaq, regionlarda mədəniyyət müəssisələrinin fəaliyyətini canlandırmaq, qeyri-maddi mədəni irsin ayrılmaz hissəsi olan milli rəqs sənətinə marağı artırmaq, yeni rəqs kollektivlərinin yaradılmasını təmin etmək, onların ifaçılıq səviyyəsini gücləndirmək məqsədilə 2010-cu il fevralın 21-dən 28-dək özfəaliyyət rəqs kollektivlərinin "Çal oyna-2010" baxış-müsabiqəsini keçirir. Abşeron, Masallı, Mingəçevir və Zaqatala rayonlarında keçirilən müsabiqədə, yaşından asılı olmayaraq, mədəniyyət müəssisələri nəzdində fəaliyyət göstərən rəqs kollektivləri, habelə, solo ifaçıları iştirak edir. Müsabiqənin qalibləri nazirliyin əmri ilə yaradılmış münsiflər heyətinin qərarı ilə müəyyənləşəcəkdir. Qaliblərə mükafat və diplomlar təqdim olunacaq.

Digər xəbərlər