Gənc aktyorlar üçün ustad dərslər təşkil olunacaq
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı rəhbərliyinin təklifinə və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəvətinə əsasən, Rusiyanın tanınmış teatr xadimləri fevralın 21-dən 28-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında gənc aktyorlar üçün ustad dərslər təşkil olunacaqdır. Teatrın mətbuat xidmətindən "Səs" qəzetinə daxil olan məlumata istinadən, Sankt-Peterburq Teatr Akademiyasının aktyor sənəti kafedrasının müdiri, Rusiyanın əməkdar incəsənət xadimi, professor Benyamin Mixayloviç Filştinski aktyor sənəti üzrə və Rusiyanın əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı Sergey İvanoviç Qrisay plastik hərəkətlər üzrə məşğələlər aparacaqlar. Bundan əlavə, Rusiyanın RTR televiziyasının mədəniyyət kanalının rejissoru Mixail Falkin teatrın aktyorları üçün "Müasir televiziyada aktyor sənətinin rolu" mövzusunda mühazirələr oxuyacaq.