PDF Oxu

Mədəniyyət

  • 11

"Naxçıvan folkloru" antologiyası çapdan çıxıb

"Naxçıvan folkloru" antologiyası çapdan çıxıb
AMEA-nın Naxçıvan bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun folklorşünaslıq şöbəsinin hazırladığı "Naxçıvan folkloru" antologiyasının birinci cildi "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxmışdır. Kitaba ən qədim yaşayış məskənlərindən və sivilizasiya mərkəzlərindən olan Naxçıvan bölgəsindən toplanmış folklor nümunələrinin bir qismi daxil edilmişdir. Kitabı filologiya elmləri doktoru, professor Məhərrəm Cəfərli tərtib etmişdir. Rəyçilər akademiklər İsa Həbibbəyli və İsmayıl Hacıyevdir.

Digər xəbərlər