Bakıda Milli Teatr Festivalının keçirilməsi nəzərdə tutulub
Azərbaycan Respublikası Prezidenti "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının təsdiq edilməsi haqqında 18 may 2009-cu il tarixli Sərəncam imzalamışdır. Azərbaycan teatr sənətinin yaxın 10 il ərzində inkişaf perspektivlərini müəyyənləşdirən bu Dövlət Proqramında respublika və beynəlxalq səviyyəli festivalların, konqreslərin, elmi-praktiki konfransların keçirilməsi nəzərdə tutulmuşdur.
Bununla əlaqədar 2010-cu ilin fevral ayından başlayaraq, il ərzində Bakıda Milli Teatr Festivalının keçirilməsi planlaşdırılır. Festivalda respublikada fəaliyyət göstərən 27 teatr iştirak edəcək. Aktyor Evinin foyesində Azərbaycan teatrının 137 illik tarixini əks etdirən səyyar sərgi nümayiş etdiriləcək. Festival çərçivəsində tanınmış teatr tənqidçiləri, aktyor və rejissorların iştirakı ilə dəyirmi masanın keçirilməsi də nəzərdə tutulub.
Tədbirlərin yüksək səviyyədə təşkili üçün Təşkilat Komitəsi yaradılmış və tənqidçilər qrupunun tərkibi təsdiq edilib. Festivalın fevral-mart ayları üçün repertuarı və tənqidçilər qrupunun tərkibi təqdim olunub.