"Beynəlxalq mədəni əlaqələr"
"Yeni nəşr beynəlxalq mədəni əlaqələr problemi ilə bağlı aktual və təcrübi məsələləri elmi səviyyədə əhatə edir. ADMİU-nun elm və yaradıcılıq işləri üzrə prorektoru, pedaqoji elmlər namizədi, dosent Maral Manafovanın və kulturologiya elmləri doktoru Nigar Əfəndiyevanın redaktəsilə hazırlanan dərslik tələbələr, magistrlər, aspirantlar, tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Dərsliyin elmi redaktoru Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Humanitar və ictimai elmlər" kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, filologiya elmləri namizədi, professor Validə Məmmədova, rəyçiləri AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyev, ADMİU-nun professoru, fəlsəfə elmləri doktoru Niyazi Mehdi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, tarix elmləri doktoru Fuad Məmmədov və Azərbaycan Dövlət Neft Akademiyasının professoru, fəlsəfə elmləri doktoru Şəhrəddin Məmmədovdur.