PDF Oxu

Mədəniyyət

  • 21

Uşaqlar arasında rəsm müsabiqəsi elan edilib

Uşaqlar arasında rəsm müsabiqəsi elan edilib
"Təmiz Şəhər" ASC ictimaiyyətin, xüsusilə də, uşaqların diqqətini Bakı şəhərinin təmizliyinə cəlb etmək məqsədi ilə uşaqlar arasında rəsm müsabiqəsi elan edib. Müsabiqədə kiçik və məktəb yaşlı (6-13 yaş) uşaqlar və yeniyetmələr iştirak edə bilərlər. Yarışmaya qatılanlar doğma şəhərin ekoloji tarazlığının qorunub saxlanması mövzusunda rəsmlər təqdim etməlidirlər. Tədbirin məqsədi balacaların sərbəst düşüncəsinə şərait yaratmaq və onlarda ekoloji mədəniyyəti kiçik yaşdan formalaşdırmaqdır.
"Təmiz şəhərim" müsabiqəsi 2 mərhələdən ibarət olacaq. Birinci mərhələdə toplanan 100 ən yaxşı rəsm "Təmiz Şəhər" ASC-nin internet səhifəsində səsvermə üçün yerləşdiriləcək. İkinci mərhələdə isə münsiflər heyəti qalibləri seçəcək.
Qaliblərə qiymətli hədiyyələr və sertifikatlar veriləcək, digər iştirakçılara isə rəsmlər toplusunu əks etdirən CD və xatirə sertifikatları təqdim ediləcək.
"Qız Qalası" rəsm qalereyasında müsabiqədə fərqlənən şagirdlərin rəsmlərindən ibarət sərgi keçiriləcək. Rəsmlər A3 formatda işlənməli, arxa tərəfində müəllifin adı, soyadı, yaşı və əlaqə nömrəsi qeyd olunmaqla martın 1-dək "Təmiz Şəhər" ASC-nin ünvanına göndərilməlidir.

Digər xəbərlər