İstanbulda IV Türk Dünyası Kino Günləri keçiriləcək
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, İstanbul Bələdiyyəsi, TİKA, TÜRKSOY, İstanbul Universiteti və Avrasiya İnstitutunun təşkilatçılığı ilə fevralın 15-18-də İstanbulda IV Türk Dünyası Kino Günləri keçiriləcək. Kino həvəskarları 4 gün ərzində İstanbulun kinoteatrlarında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Çinin Sincan Uyğur Muxtar Bölgəsi, Rusiyanın Başqırdıstan və Tatarıstan respublikaları kinematoqrafçılarının beynəlxalq festivallarda mükafatlar almış yeni filmlərini izləyəcək.