PDF Oxu

Mədəniyyət

  • 7

TÜRKSOY-a üzv ölkələr arasında mədəni əlaqələr möhkəmlənir

TÜRKSOY-a üzv ölkələr arasında mədəni əlaqələr möhkəmlənir
Türkiyə Xarici İşlər Nazirliyində Türkiyə hökuməti ilə TÜRKSOY arasında "Ev sahibi ölkə" sazişi imzalanmışdır. Sənədi Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və TÜRKSOY-un baş direktoru Düsen Kaseinov imzalamışlar. Təşkilat üzv ölkələr arasında mədəni əlaqələrin möhkəmlənməsinə sanballı töhfə verir. Yarandığı gündən keçən 17 ildə təşkilat böyük təcrübə toplamışdır. Türkiyə TÜRKSOY-u hər zaman dəstəkləyəcəkdir. Düsen Kaseinov imzalanmış sazişi təşkilatla Türkiyə arasında əməkdaşlıqda mühüm addım adlandırmış, digər üzv ölkələrin hökumətləri ilə də bu cür sazişlərin imzalanacağını söyləmişdir. Mərasimin sonunda Düsen Kaseinov Əhməd Davudoğluna qazax milli geyimi "çapan" təqdim etmişdir.

Digər xəbərlər