PDF Oxu

Mədəniyyət

  • 11

Nazim Rzayevin 85 illik yubileyinə həsr olunmuş xatirə gecəsi

Nazim Rzayevin 85 illik yubileyinə həsr olunmuş xatirə gecəsi
Fevarlın 9-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Nazim Rzayevin 85 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Filarmoniyanın mətbuat xidmətindən bildirmişlər ki, gecədə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri konsert proqramı ilə çıxış edəcəkdir. Orkestrin bədii rəhbər, xalq artisti Teymur Göyçayevdir. Konsertdə Günel Ələkbərova solist kimi çıxış edəcək.
Xatırladaq ki, Nazim Rzayev Dövlət Kamera Orkestrinin yarandığı gündən 1992-ci ilədək orkestrin baş dirijoru olmuşdur. N.Rzayev 1974-cü ildə "Nəsimi" poemasına verdiyi vokal xoreoqrafik quruluşa görə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

Digər xəbərlər