PDF Oxu

Mədəniyyət

  • 14

“Toska" tamaşası Azərbaycan opera səhnəsində

“Toska" tamaşası Azərbaycan opera səhnəsində
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata əsasən, fevralın 20-də görkəmli italyan bəstəkarı Cakkoma Puççininin "Toska" operası oynanılacaq. Dünya opera sənətinin incilərindən hesab edilən "Toska" hər zaman tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Opera teatrı ilk dəfə olaraq tamaşada çıxış etmək üçün Ukrayna Akademik Opera və Balet Teatrının aparıcı solisti, Ukraynanın əməkdar artisti, vokalçıların Sloveniyada keçirilən Ondina Otta adına beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatı və qızıl medalının sahibi Viktoriya Çenskayanı dəvət etmişdir. V.Çenskaya bir sıra xarici ölkələrdə - Danimarka, Hollandiya, Almaniya, İspaniya, Fransa, İngiltərə və İtaliyada çox böyük uğurla keçən qastrol səfərlərində olmuşdur. İspaniyanın Barselona şəhərində keçirilən Beynəlxalq Opera sənəti festivalında Viktoriiya Toska partiyasının ən yaxşı ifaçı üçün təsis edilmiş xüsusi prizə layiq görülmüşdür. Xarici mətbuat onun tamaşalardakı çıxışlarına yüksək qiymət verərək, onu "dünya operasının qızıl səsi", "dünya operasının ulduzu, ən parlaq aktrisa" adlandırırlar. Opera tənqidçiləri isə V.Çenskayanı fenomenal vokal imkanlara görə, gözəl xarici görünüşə və güclü tembrli səsə malik olduğunu qeyd edirlər. "Toska" operasının tamaşasında V.Çenskaya ilə yanaşı, Opera və Balet Teatrının aparıcı solistləri xalq artisti Azər Zeynalov, əməkdar artist Əvəz Abdullayev də çıxış edəcəklər. Tamaşanı xalq artisti Cavanşir Cəfərov idarə edəcək.

Digər xəbərlər