PDF Oxu

Mədəniyyət

  • 17

Azərbaycan füzulişünaslığının qaynaqları

Azərbaycan füzulişünaslığının qaynaqları
Bu günlərdə Azərbaycan ədəbi nümunələri sırasına daxil edilən "Azərbaycan füzulişünaslığının qaynaqları" kitabı ümumən füzulişünaslığın ilk toplum nəşri kimi qəbul olunur. Kitabın tərtibçi-müəllifi filologiya elmləri namizədi, dosent Gülbəniz Əliyeva-Kəngərli Azərbaycan füzulişünaslığının tarixi nəzəriyyəsi və mərhələləri istiqamətində doktorluq əsəri üzərində tədqiqat apararkən, gələcək araşdırıcılar üçün belə bir məcmuəni yaratmağa ehtiyac duymuş, təzkirələrdən, XIX əsr maarifçilərinin əsərlərindən, XX əsr alimlərinin ərəb əlifbası ilə əlyazma və çap materiallarından, "Füyuzat", "Yeni yol", Kommunist", "Maarif və mədəniyyət" kimi mətbu orqanlarından, 1925-ci ildə ədəbi fəaliyyətinin 400 illiyi ilə bağlı "Füzuli" məcmuəsindən transliterasiya edərək, müəyyən izahlarla çapa hazırlamışdır. Məcmuəyə əsasən, çətin tapılan materiallar - F.B.Köçərli, A.Şur, B.Çobanzadə, İ.Hikmət, M.F.Körpülü kimi görkəmli ədəbiyyatşünasların pərakəndə halında olan əsərlərindən Füzuliyə dair hissələr daxil edilmişdir. Məcmuə füzulişünaslar, doktorant və aspirant-filoloqlar, ecazkar Füzuli sənətini və klasik irsi sevən oxucular üçün nəzərdə tutulmuşdur.

Digər xəbərlər