“Heydər Əliyev Fondunun timsalında Azərbaycanda fond siyasəti” monoqrafiyası çap olunub
AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun Ekspert Şurasının tövsiyəsi ilə institutun əməkdaşı Anar Ələkbərovun "Heydər Əliyev Fondunun timsalında Azərbaycanda fond siyasəti" monoqrafiyası "Ozan" nəşriyyatı tərəfindən çap olunmuşdur.
Monoqrafiyanın "Xeyriyyə təşkilatları. Fondlar" bölməsində fondların növləri və fəaliyyət istiqamətləri, xeyriyyəçilər və filantroplar, dünya ölkələrinin təcrübəsi, qeyri-hökumət təşkilatlarının ictimai-siyasi həyatda rolu, "Azərbaycan dövlətçiliyi və fond siyasəti" bölməsində Azərbaycanda qeyri-hökumət təşkilatlarının yaranma tarixi, müstəqillik illərində Azərbaycanda qeyri-hökumət təşkilatları, "Heydər Əliyev Fondu və beynəlxalq xeyriyyəçilik" bölməsində isə Heydər Əliyev Fondunun yaranma tarixi, Heydər Əliyev Fondunun ictimai-siyasi həyatda rolu haqqında materiallar dərc olunmuşdur.