PDF Oxu

Mədəniyyət

  • 25

“Ölüm marşı” kitabı alman dilində nəşr edilib

“Ölüm marşı” kitabı alman dilində nəşr edilib
Almaniyadakı Azərbaycan Səfirliyinin dəstəyi ilə professor Rövşən Mustafayevin erməni terrorizmini ifşa edən "Ölüm marşı" kitabı alman dilində nəşr edilib.
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşəbbüsü ilə Avropa Azərbaycanlılar Cəmiyyətinin dəstəyi, Qafqaz-Avropa Mədəniyyət və Elm cəmiyyəti və Alman-Azərbaycan münasibətlərinin inkişafı cəmiyyətinin iştirakı ilə Berlində Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş "Həqiqət barışığa aparan yoldur" adlı "Unudulmuş qurbanlar - Qafqazda yəhudilər və azərbaycanlılar" mövzusunda gecə keçirilib.
Tədbirə Almaniya Parlamentinin üzvləri, yerli qeyri-dövlət təşkilatlarının, Berlin Yəhudi icmasının nümayəndələri, Türk və Azərbaycan diasporu, tələbə və elmi işçilər, mətbuat nümayəndələri və s. qatılıb.
Tədbirdə siyasi elmlər doktoru, prof. mərhum Rövşən Mustafayevin sonuncu - "Ölüm marşı" kitabının təqdimatı olmuş və həmin kitabın yeni - alman dilində olan nüsxəsi AMEA İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, hüquq elmləri namizədi Aytən Mustafayevaya təqdim edilmişdir. Qeyd edək ki, bu kitab artıq rus, ingilis və ivrit dilində çapdan çıxmış və böyük oxucu marağına səbəb olub.
Tədbirdə A.Mustafayeva kitabın yaranma tarixçəsi, orada öz əksini tapmış tarixi hadisələr haqqında danışmışdır. O, faktlar və sənədlər əsasında 1918-ci il Qubada erməni terrorçularının yəhudi icmasına qarşı törətdiyi vəhşiliklər haqqında məlumat verib.

Digər xəbərlər