PDF Oxu

Mədəniyyət

  • 12

Bəstəkar Qara Qarayevin anadan olması münasibətilə tədbir keçiriləcək

Bəstəkar Qara Qarayevin anadan olması münasibətilə tədbir keçiriləcək
Fevralın 3-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevənlər Klubunda görkəmli bəstəkar, SSRİ-nin xalq artisti, dövlət mükafatları laureatı Qara Qarayevin anadan olması münasibətilə tədbir keçiriləcəkdir. Mərasimdə bəstəkarlardan Azərbaycanın xalq artisti Musa Mirzəyevin, əməkdar incəsənət xadimi Asya Sultanovanın (Moskva), Qara Qarayevin oğlu Fərəc Qarayevin (Moskva), Elnarə Dadaşovanın çıxışları nəzərdə tutulmuşdur. Tədbirdə muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova Qara Qarayevin Sankt-Peterburqdan Azərbaycana gətirilmiş irsinin bir hissəsi barədə məlumat verəcək. İştirakçılara Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı təqdim olunacaq.

Digər xəbərlər