“İtaliya mədəniyyəti dünya sivilizasiyası kontekstində” mövzusunda respublika kulturoloji seminarı
Yanvarın 30-da "İrşad" hotelində "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyası, Azərbaycan Kulturoloqlar Cəmiyyəti, Vətəndaş Cəmiyyətinin Beynəlxalq Mədəniyyət forumunun təşkilatçılığı ilə "İtaliya mədəniyyəti dünya sivilizasiyası kontekstində" mövzusunda respublika kulturoloji seminarı keçiriləcək.
Seminarda "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti professor Fuad Məmmədov "İtaliya mədəniyyəti dünya sivilizasiyası kontekstində", İtaliya kulturoloqu Karloyya Sartori "İtaliya mədəniyyəti italyanların gözü ilə", dosent Samirə Mirbağırzadə "İtaliya mədəniyyəti: tarix və müasirlik", İ.Əfəndiyev adına fondun beynəlxalq əlaqələr şöbəsinin müdiri Əbülfəz Babazadə "İtaliya mədəniyyətinin etrusk komponenti", Bakı Slavyan Universitetinin "Dünya ədəbiyyatı" kafedrasının dosenti Vaqif Tahirov "İtaliya ədəbiyyatı", italyan dili müəllimi, tərcüməçi Kəmalə Məmmədova "İtalyan dilinin xüsusiyyətləri", yazıçı-kulturoloq İlham Hacıyev "İtaliya şəhərləri" mövzusunda məruzə edəcəklər.
Tədbirdən sonra seminarın davamı kimi "İtaliya mədəniyyəti: dünən, bu gün və sabah" mövzusunda "dəyirmi masa" keçiriləcəkdir.