PDF Oxu

Mədəniyyət

  • 15

Turqut Özakmanın “Ocaq” tamaşası nümayiş etdirilib

Turqut Özakmanın “Ocaq” tamaşası nümayiş etdirilib
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında İrəvan Azərbaycan Dövlət Dram Teatrı aktyorlarının ifasında türk dramaturqu Turqut Özakmanın "Ocaq" tamaşası nümayiş etdirilib. Əsəri Azərbaycan dilinə çevirmiş, həm də tamaşanın quruluşçu rejissoru, xalq artisti Vaqif Əsədov bildirmişdir ki, teatr həmişə xarici ölkə dramaturqlarının əsərlərinə müraciət etmişdir. Bu gün isə kollektivin türk dramaturqunun əsərinə müraciət etmələri çox təbii haldır. Mənəviyyat, əxlaq, ailə-məişət baxımından müştərək mədəniyyətləri paylaşan bu iki xalqın tarixində də ortaq məqamlar vardır. Tamaşada baş rolları xalq artistləri Tamilla Abdullayeva, Süleyman Nəcəfov, əməkdar artist Vaqif Kərimov ifa ediblər.

Digər xəbərlər