PDF Oxu

Mədəniyyət

  • 7

“Qu gölü” baletinin yeni uğuru

“Qu gölü” baletinin yeni uğuru
Azərbaycan Dövlət Akademik Opera və Balet Teartında P.Çaykovskinin "Qu gölü" baletinin tamaşası maraqla qarşılanmışdır. Tamaşada baş rolları balet sənəti ulduzları - Mariinski Dövlət Akademik Opera və Balet Teatrının solistləri, Rusiyanın əməkdar artistləri, balet artistlərinin çoxsaylı beynəlxalq müsabiqələrinin laureatları Anastasiya Koleqova və Danil Korfuntsev ifa etmişlər. Xarici ölkələrin Bakıdakı səfirlik və diplomatik nümayəndəlikləri və şirkətləri əməkdaşlarının izlədikləri tamaşada Odetta-Odilliya rolunun ifaçısı A.Koleqova fantastik texnikası, zərifliyi, gözəl xarici görkəmi və öz rolunun öhdəsindən bacarıqla gəlməsi, onun tərəf-müqabili Şahzadə Ziqfrid obrazını yaradan Danil Korfuntsevin peşəkarlığı baletsevərləri heyran etmişdir. Teatrın balet truppasının aktyorları və xalq artisti, professor Cavanşir Cəfərovun rəhbərliyi altında simfonik orkestr də yüksək səviyyədə çıxış etmişlər.

Digər xəbərlər