“Bohema” operasının tamaşası olacaq
Fevralın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin "Bohema" operasının tamaşası olacaq. Teatrın mətbuat xidmətindən bildirilib ki, tamaşada ilk dəfə əsas partiyaları Azərbaycanın əməkdar artisti İnara Babayeva (Muzetta) və İlahə Əfəndiyeva (Mimi) ifa edəcəklər. Tamaşada, həmçinin, teatrın aparıcı solistləri Əvəz Abdullayev (Marsel), Həsən Enami (Rudolf), Əkrəm Poladov (Kollen), Əli Əsgərov (Alsindor) çıxış edəcəklər.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tamaşada ilk dəfə debüt edən solistləri hazırlamaq, həmçinin, bütünlükdə, solistlər və xor artistləri ilə iş aparmaq üçün Ukrayna Akademik Opera və Balet Teatrının quruluşçu rejissoru, əməkdar incəsənət xadimi Nikolay Tretyakı Bakıya dəvət etmişdir. N.Tretyak Kiyev, Odessa, Krasnoyarsk və Perm opera teatrlarının səhnələrində bu əsərin quruluşunu uğurla həyata keçirmişdir.