PDF Oxu

Mədəniyyət

  • 7

Soltan və İsmayıl Hacıbəyovların xatirəsinə həsr olunmuş konsert

Soltan və İsmayıl Hacıbəyovların xatirəsinə həsr olunmuş konsert
Dünən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Azərbaycan bəstəkarları Soltan və İsmayıl Hacıbəyovların xatirəsinə həsr olunmuş konsert keçirildi. Konsertdə pianoçular Ülviyyə Hacıbəyova, Yeganə Axundova, Səidə Tağızadə, Fəridə Məmmədova, Səbinə Əsədova, Gülşən Ənnağıyeva, Rəna Rzayeva, Elman Mustafayev, Nizami Zeynalov və Vurğun Vəkilov çıxış edəcəklər. Tədbirdə, eyni zamanda, dirijor Əyyub Quliyevin rəhbərliyi altında "Contempo" ansamblının da çıxış ediblər. Konsert proqramında Soltan Hacıbəyovun "Uvertüra" və "Variasiyalar" fortepiano duetləri, "Lay-lay", "Bakının işıqları" kompozisiyaları, İsmayıl Hacıbəyovun "Vatto üslubunda eskizlər", "Sevməcə" romansı, "Bahar" vokal silsiləsi, "Albomdan səhifələr" və digər mahnıları ifa olundu.

Digər xəbərlər