Rəsədxanada yeni spektroqraf qurulub
AMEA Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşlarının səyi nəticəsində rəsədxanada yeni spektroqraf qurulub. Onun ayırdetmə qüvvəsi 400 000-ə çatacaq. Bu spektroqrafın vasitəsilə uzaq ulduzların ətrafında naməlum planetlərin axtarışı və müşahidəsi aparılacaq. Qeyd edək ki, postsovet məkanında mövcud olan rəsədxanaların heç birində, hələlik, bu proqram həyata keçirilmir.