PDF Oxu

Mədəniyyət

  • 17

Milli teatr festivalı keçiriləcək

Milli teatr festivalı keçiriləcək
Mədəniyyət və Turizm Nazirliyi fevralın sonlarından başlayaraq ilk dəfə milli teatr festivalı keçirəcəkdir. Nazirliyin məlumatına istinadən, Bakıda təşkil ediləcək festivalda respublikanın bütün regionlarından 26 teatr iştirak edəcəkdir. Festival çərçivəsində "dəyirmi masa"lar, aktyorlar, teatrşünas, sənətşünas və tədbirin digər iştirakçıları ilə görüşlər, seminarlar təşkil olunacaqdır. Milli festivalın keçirilməsində məqsəd ölkə teatrları arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi, regional teatrların fəaliyyətinin stimullaşdırılması və onların paytaxt tamaşaçılarına təqdim olunması üçün imkanların yaradılmasıdır.

Digər xəbərlər