PDF Oxu

Mədəniyyət

  • 25

“İstanbul-Avropa Mədəniyyət Paytaxtı - 2010” mədəniyyət ilinin təntənəli açılış mərasimi Türkiyədə keçiriləcək

“İstanbul-Avropa Mədəniyyət Paytaxtı - 2010” mədəniyyət ilinin təntənəli açılış mərasimi Türkiyədə keçiriləcək
"İstanbul-Avropa Mədəniyyət Paytaxtı - 2010" Mədəniyyət ilinin təntənəli açılış mərasimi yanvar ayının 16-da Türkiyənin Haliç Konqres Mərkəzində gerçəkləşəcək. Eyni vaxtda bütün mərasim tədbirləri İstanbulun daha 6 mərkəzi meydanında cərəyan edəcək.
Haliç Konqres Mərkəzində 65 dəqiqəlik "İstanbul Sehri" adlanan açılış gecəsində dünyanın bir çox ölkəsindən 5 minə yaxın qonaq - yüksək dövlət və siyasət, sənət və mədəniyyət adamları iştirak edəcək. Mədəniyyət ilinin rəsmi açılışı Türkiyə Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən elan olunacaq. "İstanbul-Avropa Mədəniyyət Paytaxtı-2010" Mədəniyyət ilinin açılış mərasimində iştirak etmək üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayev İstanbula yola düşmüşdür.

Digər xəbərlər