PDF Oxu

Mədəniyyət

  • 14

Moskvalı aktyorlar bakılıların qonağıdır

Moskvalı aktyorlar bakılıların qonağıdır
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Moskvanın "Sovremennik" Teatrının artistləri Liya Axedjakova və Mixail Jiqalov çıxış edəcəklər. Onlar bakılılara populyar Rusiya dramaturqu Nikolay Kolyadanın "Fars yasəməni" pyesi əsasında komediya-melodram təqdim edəcəklər. Bu, tənhalıqla birlikdə mübarizə aparmağa cəhd göstərən iki orta yaşlı adamın həm kədərli, həm də çox işıqlı hekayətidir. Rusiyanın xalq artisti Liya Axedjakovanı bakılılar, əsasən, dünya kino sənətinin inciləri sayılan çoxsaylı filmlərdən tanıyırlar. İndi isə yaddaşlarında "İşdə sevgi macərası", "Qəribə təsadüf", "Qaraj" filmlərinin təkrarolunmaz qəhrəmanı kimi qalan aktrisa ilə səhnədə görüşü həvəslə gözləyirlər. Heç vaxt unudulmayan sənət ustalarından olan Liya Axedjakova 50 filmdə çəkilmişdir. Onun həmişə səmimi, bir qədər də sadəlövh qəhrəmanları xoş təbəəssüm və heyranlıq doğurur. Aktrisanın bu antrepriz tamaşada tərəf müqabili, Rusiyanın əməkdar artisti Mixail Jiqalov da bakılıların qəlbində iz qoyacaq.

Digər xəbərlər