Dərbənd Dövlət Azərbaycan Dram Teatrı qastrol çərçivəsində “Xatirə” tamaşasını təqdim edəcək
Dərbənd Dövlət Azərbaycan Dram Teatrı Bakıya qastrol səfərinə gələcək. Kollektiv aprelin 11-dən 18-dək Bakı, Xırdalan və Sumqayıt şəhərlərində teatrsevərlərə Yusif Əzimzadənin "Xatirə" tamaşasını təqdim edəcək. Faşist Almaniyası üzərində qələbənin 65 illiyinə həsr olunmuş yeni tamaşada əsas rollarda Dağıstanın əməkdar artistləri Yaqut Xankişiyeva, Laləzar Hüseynova, Əliyar Hüseynov, aktyorlardan Sabiq Hüseynov, Mədinə Gəncəliyeva çıxış edəcəklər.