Zəlimxan Yaqubun anadan olmasının 60 illik yubileyinə həsr edilmiş yaradıcılıq gecəsi keçiriləcək
Yanvarın 16-da Bakıdakı Musabəyov adına Kütləvi Kitabxanada xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 60 illik yubileyinə həsr edilmiş yaradıcılıq gecəsi keçiriləcək. Ədəbi ictimaiyyət nümayəndələrinin və Zəlimxan şeirinin pərəstişkarlarının iştirakı ilə keçiriləcək tədbirdə şairin əsərlərindən, yaradıcılığının sənətkarlıq məziyyətlərindən ətraflı söz açılacaq.
Tədbirdə şairin əsərlərindən nümunələr, şeirlərinə bəstələnmiş mahnılar səsləndiriləcək.