Kitabxana qəzet və jurnalların electron versiyasını hazırlayır
Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanası özünün arxivində yığılan köhnə qəzet və jurnalların elektron versiyasını hazırlayır. Bu istiqamətdə görülmüş işlər sayəsində bir sıra köhnə qəzet və jurnalların elektron versiyası artıq hazır olmaq üzrədir. Hazırda Azərbaycan milli mətbuatının analitik-elektron məlumat bazası yaradılır. Burada arxiv nəşrlərinin bütün variantları öz əksini tapacaqdır.
Layihə çərçivəsində bütün mətbuat orqanlarının elektron versiyası bir saytda yerləşdiriləcəkdir. Bundan əlavə, Milli Kitabxananın arxivində olan köhnə kitabların da elektron versiyası üzərində iş aparılır.