PDF Oxu

Mədəniyyət

  • 18

Azərbaycan və Türkiyə mədəniyyət nazirlikləri arasında müştərək film çəkiləcək

Azərbaycan və Türkiyə mədəniyyət nazirlikləri arasında müştərək film çəkiləcək
Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin məlumatına istinadən, Azərbaycan və Türkiyə mədəniyyət nazirlikləri arasında müştərək film çəkilməsi ilə bağlı müqaviləyə əsasən, xalq yazıçısı Elçinin "Mahmud və Məryəm" romanının ssenarisi əsasında film çəkiləcəkdir. Filmin çəkilişi Türkiyənin tanınmış prodüseri Sevda Kayqısıza həvalə edilmişdir. Bu məqsədlə əvvəlcə müsabiqə keçirilmişdir. Sevda Kayqısız yarışmaya təqdim olunmuş 500 layihə arasından "Mahmud və Məryəm"i qəbul etmişdir. Mart ayından hazırlıq işlərinə başlanılacaq filmin musiqisini bəstəkar Aygün Səmədzadə yazacaqdır. Filmdə Azərbaycanın və Türkiyənin tanınmış aktyorları çəkiləcəklər. Baş rolu - Qəmər Banu obrazını Türkiyədə yaşayan aktrisamız Məlahət Abbasova canlandıracaqdır. "Mahmud və Məryəm"in rejissorunun Hollivuddan gətirilməsi nəzərdə tutulmuşdur. Hollivud rejissorlarının ssenari ilə tanış olması üçün əsər ingilis dilinə tərcümə edilmişdir. Qrim ustaları da Hollivuddan dəvət olunacaqdır. Filmin çəkilişlərinin 80 faizinin Azərbaycanda aparılması nəzərdə tutulmuşdur.

Digər xəbərlər