“Araz” ansamblı Avropada konsert proqramı ilə çıxış edəcək
İranda Azərbaycan xalq musiqisini ifa edən "Araz" ansamblı Avropanın müxtəlif ölkələrində konsert proqramı ilə çıxış edəcək.
Vokalçı Rəhim Şəhriyarinin başçılıq etdiyi qrup qastrol səfərinə martın 16-da İstanbuldan başlayacaq.
May ayınadək davam edəcək səfərdə ansambl Köln, Paris, Stokholm və digər şəhərlərdə konsertlər verəcəkdir. Konsert proqramında Azərbaycanın folklor musiqisindən ibarət "Kim bilir" albomundan mahnılar səslənəcək.
Konsertdə Rəhim Şəhriyarini Oqtay Sədi (tar), Afşin Ələvi (kamança), Həmzə Şəhriyari (klarnet), Peyman Həmidi (fortepiano), Məhəmməd-Hüseyn Afşari (nağara) müşayiət edəcəklər. Rəhim Şəhriyari İranda Azərbaycan musiqi sənətinin tanınmış nümayəndəsi hesab olunur. Qeyd edim ki, onun ölkə daxilində və xaricdə çoxlu sayda konsertləri olmuşdur.