Tamaşaçıların sevimli ekran əsəri
1947-ci ildə "Lenfilm" kinostudiyasında çəkilmiş "Zoluşka" filmi neçə-neçə tamaşaçı nəslinin sevimli ekran əsəridir. Dramaturq Yevgeni Şvartsın Şarl Perronun məşhur nağılının motivləri əsasında yazdığı pyesin kino variantı xeyirxahlıq və pislik, dostluq, məhəbbət, sədaqət kimi əbədi dəyərlərdən, habelə, möcüzələrə inamdan bəhs edir. İndi müasir kompyuter texnologiyaları sayəsində "Zoluşka" filmi ekranda rəngli nümayiş etdiriləcəkdir. Xatırladaq ki, tamaşaçılar sovet kino sənətinin "Döyüşə ancaq "qocalar" gedir" və "Baharın on yeddi anı" kimi şedevrlərini rəngli variantda artıq görmüşlər. Zoluşka rolunu filmdə ötən il 100 illik yubileyi qeyd olunmuş gözəl aktrisa Yanina Jeymo ifa etmişdir. Rusiyanın Birinci Kanalının yeni ilin ilk günü uşaqlara rəngli "Zoluşka"nı hədiyyə etməsi, ehtimal ki, həm də yubileylə əlaqədardır.