PDF Oxu

Mədəniyyət

  • 12

Dünyada özəl Miniatür Kitab Muzeyinin təsisçisi

Dünyada özəl Miniatür Kitab Muzeyinin təsisçisi
Azərbaycan "Kitab" cəmiyyətinin sədri, Beynəlxalq Kitabsevərlər İctimai Birlikləri İttifaqının İcraiyyə Komitəsi Şurasının üzvü, dünyada özəl Miniatür Kitab Muzeyinin təsisçisi Zərifə Salahova mədəniyyətin inkişafına böyük töhfəsinə görə Rusiya Mədəniyyət Nazirliyinin fəxri fərmanına layiq görülmüşdür. Bu barədə əmri Rusiya mədəniyyət naziri A.Avdeyev imzalamışdır. Fəxri fərman BKİBİ-nin baş qərargahında təntənəli şəraitdə təqdim olunmuşdur.
Mədəniyyət sahəsində xidmətlərinə görə fəxri diploma yeddi nəfər layiq görülmüşdür. Onların altısı rusiyalıdır. MDB ölkələrinin yeganə təmsilçisi Zərifə Salahova çoxillik və zəngin fəaliyyəti ilə böyük nüfuz qazanmışdır. Bu il BKİBİ-nin fəaliyyətə başlamasının 35 ili tamam olur. Bu münasibətlə Rusiya Mədəniyyət Nazirliyində kitabsevərlər cəmiyyətləri üzvlərinin kitabın təbliği sahəsində fəaliyyəti təhlil olunmuşdur. Birlik kitabı dəyərləndirən, sevən, həyatda onun prioritetinin qorunub saxlanmasının qayğısını çəkən insanları birləşdirir. Bununla əlaqədar, həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda yaxşı tanınan Zərifə Salahovanın miniatür kitab muzeyi xüsusi əhəmiyyətə malikdir. Miniatür Kitab Muzeyi bu qəbildən olan nəşrlərin təbliği mərkəzinə çevrilmişdir.
Rusiya Mədəniyyət Nazirliyinin onun fəaliyyətinə verdiyi bu yüksək qiymət ölkələrimiz arasında qarşılıqlı münasibətlərin yüksək səviyyəsindən xəbər verir.

Digər xəbərlər