“Dədələr yolu” sənədli filminin premyerası
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə dekabrın 22-də "Salnamə" sənədli filmlər studiyasında çəkilmiş "Dədələr yolu" sənədli filminin ilk nümayişi keçiriləcəkdir. Film milli-mənəvi dəyərlərimizi, xalqımızın arzu və istəklərini öz əsərlərində əks etdirən Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun 60 illik yubileyinə həsr edilib. Filmin rejissoru Tofiq Məmmədov, ssenari müəllifləri Aydın Dadaşov və Mövlud Süleymanlı, operator Elxan Rüstəmovdur.