PDF Oxu

Mədəniyyət

  • 13

Azərbaycan-Suriya əlaqələrinin ikitərəfli sürətli inkişafı üçün münbit şərait yaranıb

Azərbaycan-Suriya əlaqələrinin ikitərəfli sürətli inkişafı üçün münbit şərait yaranıb
"Bakı İslam Mədəniyyətinin Paytaxtı - 2009" ili çərçivəsində mədəniyyət və turizm nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycanın görkəmli şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş Beynəlxalq Nəsimi Elmi Konfransını keçirir.
Konfransda Hələb vilayəti qubernatorunun mədəniyyət məsələləri üzrə müavini Məhəmməd Qacca, Hələb vilayətinin müftisi doktor Mahmud Ökkəm, Nəsiminin yaradıcılığı ilə məşğul olan alimlər İsam Qəsəbçi və Məhəmməd Kamal, habelə, İran İslam Respublikasından professor Cavad Heyət iştirak edirlər. Konfransda Azərbaycanın görkəmli alimlərinin çıxışları dinləniləcək.
Konfrans çərçivəsində Hələb şəhərində yerləşən İmadəddin Nəsiminin türbəsində yenidənqurma və genişləndirmə işlərinin aparılması istiqamətində əməkdaşlıq məsələlərinin müzakirə edilməsi planlaşdırılır. 600 il ərzində qorunub saxlanılmış böyük şairin qəbrinin hər iki xalq üçün əziz olduğu və bu birləşdirici amilin xalqlarımız və dövlətlərimiz arasında münasibətlərin daha da gücləndirilməsinə təkan verə biləcəyi nəzərə alınaraq mədəniyyət və turizm nazirliyi tərəfindən İmadəddin Nəsiminin türbəsinin bərpası, yenidən qurulması, orada Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması barədə təkliflər hazırlanmışdır.
2008-ci ilin noyabrında İmadəddin Nəsiminin uyuduğu Hələb şəhərində böyük şairin həyat və yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilmiş, Hələb vilayətinin müvafiq dövlət orqanlarında Nəsiminin məqbərəsinin vəziyyəti, onun bərpası istiqamətində azərbaycanlı və suriyalı mütəxəssislərin əməkdaşlığı, Hələb şəhərinin memarlıq üslubu nəzərə alınmaqla, kompleksin interyerində Azərbaycan memarlıq elementlərini əks etdirən müəyyən yenidənqurma və genişləndirmə işlərinin aparılmasına dair ilkin razılıq əldə edilmişdir.
2009-cu ildə 640 illik yubileyi qeyd olunan Nəsiminin xatirəsinə həsr olunmuş tədbirlər, onun məqbərəsinin yenidən qurulması ilə bağlı görülən işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi tapşırığı əsasında həyata keçirilir. Əsası Ulu Öndər Heydər Əliyev və Suriya Ərəb Respublikasının mərhum prezidenti Hafiz əl-Əsəd tərəfindən qoyulmuş Azərbaycan-Suriya əlaqələri son dövrlər daha yüksək səviyyəyə qalxmış, ikitərəfli əlaqələrin sürətli inkişafı üçün münbit şərait yaranmışdır. Suriya Ərəb Respublikasının prezidenti cənab Bəşər əl-Əsəd 2009-cu ilin iyul ayında Azərbaycana səfər etmiş, səfər çərçivəsində çoxsaylı ikitərəfli sənədlər imzalanmışdır

Digər xəbərlər