PDF Oxu

Mədəniyyət

  • 17

Aşıq sənətinə həsr olunmuş kompakt-diskin təqdimat mərasimi keçirildi

Aşıq sənətinə həsr olunmuş kompakt-diskin təqdimat mərasimi keçirildi
Dünən Muzey Mərkəzində Azərbaycan aşıq sənəti və Novruz bayramının namizədlik fayllarının və aşıq sənətinə həsr olunmuş kompakt-diskin təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq, 2009-cu il 28 sentyabr 02 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin 4-cü sessiyası zamanı Azərbaycanın qeyri-maddi mədəni irsinin ən parlaq nümunələrindən ikisinin, Azərbaycan aşıq sənəti və Novruz bayramı YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilməsi haqqında məlumat verdi. O, bu münasibətlə bütün iştirakçıları təbrik edərək, bu məqsədlə nazirlik tərəfindən təbliğat tədbirlərini davam etdirdiyini diqqətə çatdırdı. Belə ki, bu ilin mart ayının 29-a Fransanın "Maison des Kultures du Monte" Assosiasiyası və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin birgə əməkdaşlığı ilə Parisin Luvr Muzeyində konsert keçirilmişdir. Bu assosiasiya ilə birlikdə aşıq sənətinə həsr olunmuş CD disk buraxılmışdır. Qeyd edək ki, aşıqlar həm də bu ilin noyabr ayında Böyük Britaniyanın London, York, Nyu-Kasl kimi şəhərlərində çıxış ediblər. Bu ölkə daxilində aşıq birliyinin fəaliyyəti canlandırılmış, çoxsaylı dəyirmi masalar keçirilmişdir.
Nazir çıxışında bu nailiyyətləri müstəqillik dövrümüzdə qazandığımız uğurlar kimi dəyərləndirdi: " Sovet dövründə Azərbaycan özmədəniyyət və incəsənətini dünyanın heç bir siyahısına daxil edə bilməmişdir. Müstəqillik dövrü Azərbaycan dünya mədəni irsinə töhfələr vermişdir. Azərbaycan layiqli imzasını artıq həkk edib. Ötən əsrin 90-cı illərinin sonunda İçərişəhər YUNESKO-nun mədəni irs siyahısına daxil edildi. Bu iş artıq səngimişdir. Hətta İçərişəhəri siyahıdan çıxarmaq təhlükəsi yaranmışdır. Heydər Əliyev siyasəti nəticəsində, bu, tamamilə başqa bir istiqamət aldı və mədəni nümunələrimiz dünya ictimaiyyətinə layiqli şəkildə təqdim olundu. Dar bir çərçivədə "Qobustan", "Muğam sənəti", daha sonra isə aşıq sənət və Novruz bayramı bu siyahıya daxil edildi."
Nazir YUNESKO ilə Azərbaycan arasında qurulan bu münasibətin Heydər Əliyev Fondunun prezidenti YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rolu olduğunu diqqətə çatdırdı. O, qeyd etdi ki, bu işdə AMEA, xarici işlər nazirliyi, Azərbaycan Parlamenti, Heydər Əliyev Fondu, Aşıqlar Birliyi dəstək olmuşdur.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, AMEA-nın elmi işçisi, YUNESKO-nun Azərbaycan üzrə eksperti Sənubər Bağırova və başqaları çıxış edərək, əldə olunan nailiyyətədən danışdılar.
Tədbirdə Azərbaycan aşıqlarının YUNESKO-nun binasındakı çıxışlarını əks etdirən konserdən kadrlar da təqdim olundu. Mərasimdə dövlət və hökumət nümayəndələri, AMEA-nın əməkdaşları, xarici ölkələrin fövqəladə və səlahiyyətli səfirləri iştirak edirdilər.

Digər xəbərlər