“Bakı gecələri” estrada mahnı müsabiqəsinin qala-konserti
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən təşkil olunan "Bakı gecələri" estrada mahnı müsabiqəsinin noyabrın 20-də Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən final mərhələsinə təqdim olunmuş 25 mahnıdan 18-i qala-konsertə vəsiqə qazanmışdır. Qala-konsertdə "Ən yaxşı bəstəkar", "Ən yaxşı şair", "Ən yaxşı oranjiman", "Ən yaxşı ifa" nominasiyalarının hər biri üzrə 3 mahnı mükafatlandırılacaq, bir mahnı isə Qran-Pri mükafatına layiq görüləcəkdir.
Qeyd edək ki, qala-konsert dekabrın 24-də Heydər Əliyev Sarayında keçiriləcəkdir.