Gənc Trubaçıların I Beynəlxalq Müsabiqəsi
Bolqarıstanın Stara Zaqora şəhərində Gənc Trubaçıların I Beynəlxalq Müsabiqəsi keçirilmişdir. Tədbirdə Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Ruhulla Əzizov, məktəbin müəllimi, konsertmeyster Afaq Aşumovaa və truba ixtisası üzrə şagirdləri Prezident təqaüdçüsü Tural Quliyev vəa İsrafil Rəsulov iştirak etmişlər. Müsabiqədə İsrafil Rəsulov festivalın QRAN - PRİ mükafatına, Tural Quliyev isə diplomuna layiq görülüb.