PDF Oxu

Mədəniyyət

  • 6

Üç həmyerlimiz Dünya Rəssamlıq Akademiyasının akademiki fəxri adına layiq görülüb

Üç həmyerlimiz Dünya Rəssamlıq Akademiyasının akademiki fəxri adına layiq görülüb
Azərbaycanın daha üç rəssamı - xalq rəssamı, heykəltəraş Xanlar Əhmədov, dekorativ-tətbiqi sənət ustası, əməkdar rəssam Ənvər Qarayev və əməkdar rəssam, rəngkar Eldar Qurbanov Dünya Rəssamlıq Akademiyasının akademiki fəxri adına layiq görülüblər.
Ənvər Qarayevin sözlərinə əsasən, bu günlərdə Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda fəxri üzvlük vəsiqələrinin təntənəli təqdimat mərasimi keçirilib. Vəsiqələrin Dünya Rəssamlıq Akademiyasının prezidenti Anatoli Silov tərəfindən təqdim edildiyini deyən Ənvər Qarayev bundan əvvəl akademiyaya həmyerlilərimiz Arif Əzizin və Səmədağa Cəfərovun üzv seçildiyini bildirib. Ümumilikdə, akademiyada Azərbaycan rəssamlarına beş yer ayrılıb.
Yüksək səviyyədə təşkil olunmuş təqdimat mərasimində çoxsaylı həmvətənimiz iştirak edib.

Digər xəbərlər