PDF Oxu

Mədəniyyət

  • 15

Ukrayna prezidenti Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi xüsusi medalla təltif edib

Ukrayna prezidenti Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi xüsusi medalla təltif edib
Ukrayna prezidenti Viktor Yuşşenko Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevi mədəniyyət sahəsindəki xidmətlərinə görə xüsusi medalla təltif edib. Medal Əbülfəs Qarayevə Ukraynanın Azərbaycandakı səfiri Boris Klimçuk tərəfindən təqdim olunub. Təqdimat zamanı səfir mədəniyyət sahəsində göstərdiyi xidmətlərə və iki ölkə arasında mədəniyyət əlaqələrinin inkişafına görə, nazirə minnətdarlığını bildirib. Əbülfəs Qarayev isə Ukrayna prezidenti Viktor Yuşşenkoya təşəkkür edərək, hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin çox böyük müvəffəqiyyətlə keçdiyini və bu mükafatı Azərbaycanın bütün mədəniyyət və incəsənət xadimlərinə verilən bir mükafat kimi qarşıladığını söyləyib. Bundan sonra iki ölkə arasında mədəni əlaqələrin daha yüksək səviyyədə həyata keçiriləcəyini vurğulayıb.

Digər xəbərlər