“Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi
Bakıda "Alüminium" Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcəkdir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, biennaledə ABŞ, Rusiya, Niderland, Almaniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Norveç, Böyük Britaniya, Fransa, Hindistan, İtaliya, Türkiyə, Finlandiya, Gürcüstan, Litva, İsveçrə və digər ölkələrdən incəsənət xadimlərinin iştirakı gözlənilir.
Dekabrın 11-18-də keçiriləcək tədbirdə müasir incəsənət nümunələri nümayiş etdiriləcəkdir. Sərgilər Şirvanşahlar Sarayı, Muzey Mərkəzi, Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonu, Dövlət Rəssamlıq Akademiyasının sərgi qalereyası və Müasir İncəsənət Mərkəzində təşkil olunacaqdır. Biennaleyə Azərbaycandan olan rəssamlar da qatılacaqlar.
Hər dəfə olduğu kimi, bu il də biennaleyə həsr olunmuş kataloq hazırlanacaq və iştirakçı ölkələrə göndəriləcəkdir.