PDF Oxu

Mədəniyyət

  • 15

Türkiyədə “Arşın mal alan” operettası nümayiş etdirilib

Türkiyədə “Arşın mal alan” operettası nümayiş etdirilib
N axçıvan Dövlət Universitetinin teatr truppası Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasını təqdim edib.
Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli, Qafqaz Universitetinin rektoru, professor Abamüslüm Güvən, ölkəmizin Qarsdakı baş konsulluğunun əməkdaşları tamaşanı izləyiblər.
Tamaşadan sonra səhnəyə çıxan Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin Türkiyə və Azərbaycanın "bir millət, iki dövlət" kəlamını xatırladaraq, dünyada azərbaycanlılar üçün Türkiyə qədər əziz bir ölkə olmadığını, iki ölkə insanının bir ananın iki oğlu, bir ağacın iki qolu olduğunu söyləyiblər. Əlavə etmişdir ki, Atatürkün zəfərindən sonra 1921-ci ildə məhz Qarsda imzalanmış müqavilə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın taleyində həlledici rol oynayıb.
Qafqaz Universitetinin rektoru Abamüslüm Güvən isə Mustafa Kamal Atatürkün "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" kəlamının bütün zamanlar üçün aktual olduğunu deyib.
Rektorlar bir-birinə xatirə hədiyyələri təqdim edərək, iki ali təhsil ocağı arasında əməkdaşlığın bundan sonra da möhkəmlənəcəyini söyləyiblər.

Digər xəbərlər