PDF Oxu

Mədəniyyət

  • 16

Muzeydə əsaslı təmir-tikinti işləri 2011-ci ildə yekunlaşacaq

Muzeydə əsaslı təmir-tikinti işləri 2011-ci ildə yekunlaşacaq
R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin binasında bərpa və yenidənqurma işləri davam edir.
Bu işlər çərçivəsində muzeyin iki binası arasında orta keçidin tikintisinə başlanılıb. Layihəyə əsasən, muzeyin binaları arasında keçid yaradılacaq. Korpuslar arasında tikiləcək yeni bina milli memarlıq üslubunda inşa ediləcək. Beş mərtəbədən ibarət olacaq binanın fasadı şəffaf görünən şüşə materialdan tikiləcək. Binanın iki mərtəbəsi yerin alt qatında, 3 mərtəbəsi isə ümumi görüntüyə uyğun şəkildə inşa olunacaqdır. Hazırda binanın özülü hazırlanır. Layihədə binanın müxtəlif hissələrində liftlərin quraşdırılması da nəzərdə tutulub.
Muzeyin direktoru İsrafil İsrafilov bildirib ki, məqsəd muzeyin memarlıq görünüşünü dəyişmək deyil, ekspozisiya zallarının sayını artırmaqdır. Yeni binada fərdi sərgilərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Bundan əlavə, konfrans zalları, müxtəlif sənət əsərlərinin və suvenirlərin satışı üçün dükanlar, kafe və istirahət guşələri də fəaliyyət göstərəcək.
Muzeyin rəhbəri bərpa işlərinin başa çatmasından sonra eksponatların mühafizə qaydasının da dünya standartlarına uyğunlaşdırılacağını bildirib. Muzey mərkəzləşdirilmiş kondisioner və istilik sistemi, yanğın əleyhinə qurğular, video-nəzarət və təhlükəsizlik avadanlığı ilə təmin olunacaq. Əsaslı təmir-tikinti işlərinin 2011-ci ildə yekunlaşacağı planlaşdırılır.

Digər xəbərlər