PDF Oxu

Mədəniyyət

  • 16

Səttar Bəhlulzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılıb

Səttar Bəhlulzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş sərgi açılıb
Azərbaycan Prezidentinin tarixi hadisələri və görkəmli şəxslərin yubileylərinin YUNESKO-da qeyd edilməsinə dair Sərəncamına uyğun olaraq qurumda təşkil edilmiş "Azərbaycan Günü" çərçivəsində təşkilatın sərgi salonunda Azərbaycanın gözoxşayan mənzərələrini ağ kətana köçürmüş görkəmli fırça ustası Səttar Bəhlulzadənin anadan olmasının 100 illiyi münasibətilə rəssamın əsərlərindən ibarət sərgi açılmışdır.
Bu münasibətlə keçirilən mərasimdə Baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dünya boyakarlığında Səttar Bəhlulzadənin xüsusi yeri olduğunu, ölkəmizin müxtəlif bölgələrini qarış-qarış gəzmiş rəssamın təbiət mənzərələrini ölməz əsərlərində əks etdirdiyini, yaratdığı tablolarda Vətənə məhəbbət hissi aşılandığını, sadə həyat tərzi keçirmiş bu insanın dünya şöhrətli əsərlər yaratdığını, Ulu Öndərimiz Heydər Əliyevin Səttar Bəhlulzadə yaradıcılığına xüsusi onəm verdiyini bildirmişlər.
Səttar Bəhlulzadənin yaratdığı əsərlərlə özünə ölməzlik heykəli ucaltdığını qeyd edənlər dahi rəssamın fırçasının məhsulu olan əsərlərin bir çox ölkələrdə sərgisinin keçirildiyini, muzeyləri bəzədiyini, rəssamın xalq tərəfindən sevildiyini bildirmişlər.
Baş direktorun mədəniyyət məsələləri üzrə köməkçisi Fransuaz Riviyer YUNESKO ilə Azərbaycan arasında sıx əməkdaşlıq yarandığını, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın yorulmaz səyləri sayəsində bu əməkdaşlığın inkişaf etdiyini xüsusi vurğulamış, belə sıx əməkdaşlıq nəticəsində qurumda Azərbaycanla bağlı müxtəlif tədbirlərin keçirildiyini xatırlatmışdır. F.Riviyer Azərbaycanın istedadlar ölkəsi olduğunu, Səttar Bəhlulzadənin 100 illiyi münasibətilə onun əsərlərindən ibarət təşkil edilmiş sərginin bunu bir daha təsdiq etdiyini diqqətə çatdırmışdır.
Mərasim iştirakçıları həzin Azərbaycan musiqisinin sədaları altında görkəmli rəssamın əsərləri ilə tanış olmuşlar.

Digər xəbərlər